
Polis Nərimanov rayonunda kafedə baş verən insidentlə bağlı daha 3 nəfəri saxlayıb.
DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, paytaxtın Nərimanov rayonunda yerləşən kafelərdən birində baş vermiş insidentlə əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir. Cinayət əməlini törədən daha 3 nəfər – Y.Cəbiyev, Ə.Hüseynov və B.Bəndəliyev Nərimanov rayonunda polisin keçirdiyi növbəti tədbirlərlə saxlanılaraq istintaqa təhvil veriliblər.
Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
16:44
Paytaxtın Nərimanov rayonunda kafedə insident baş verib.
APA xəbər verir ki, insidentlə bağlı polis tərəfindən əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilib.
Hadisəni törədən şəxslərdən bir neçəsi saxlanılıb, digər 3 nəfərin də şəxsiyyəti müəyyən olunub. Onların saxlanılması istiqamətində polis tərəfindən zəruri tədbirlər görülür.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Məlumatı DİN-in Mətbuat Xidmətindən APA-ya təsdiqləyiblər.