• 19 °C
|

Zaqatalada avtomobil qəzası olub, sürücü xəsarət alıb

14 Noyabr 2026
img

Qax-Zaqatala avtomobil yolunun Zaqatalanın Muxax kəndi ərazisindən keçən hissəsində "Chevrolet" və "VAZ-21014" markalı minik avtomobilləri toqquşub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı “Chevrolet”in sürücüsü – rayonun Çobankol kənd sakini 33 yaşlı İntiqam İlham oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunda İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.