• 14 °C
|

İran XİN: Ordumuz regiondakı iki ABŞ hərbi bazasında silah sistemlərini hədəfə alıb

19 Noyabr 2026
img

İran ordusu özünümüdafiə hüququ çərçivəsində regionda yerləşən iki ABŞ hərbi bazasındakı silah sistemlərini hədəfə alıb.

APA xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi açıqlama verib.

Açıqlamaya görə, bunlar Küveytdəki Əli əl-Səlim aviabazasında ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemləri, Bəhreyndəki Şeyx İsa aviabazasında radar sistemidir.