19 Noy 2026

Noyabrın 19-da Türkmənistanın Avaza şəhərində MDB Parlamentlərarası Assambleyasının Şura iclası keçirilib.
Bu barədə APA-ya Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak edib.
İclasda bir sıra təşkilati məsələlərə baxılıb və müvafiq qərarlar qəbul olunub.