• 15 °C
|

Polşada Rusiya reaktiv PUA-sı və raketlərinin qalıqları aşkarlanıb

20 Noyabr 2026
img

Polşa ərazisinə Rusiyanın Ch-101 qanadlı raketi və bir reaktiv pilotsuz uçuş aparatı düşüb.

“Rzeczpospolita” xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib.

Nazirin sözlərinə görə, raketlərdən biri Novı Lipovets, digəri Rudnik nad Sanem yaşayış məntəqələrinin ərazisinə düşüb. Reaktiv pilotsuz uçuş aparatı isə Molodıç kəndində aşkarlanıb.

Hadisələr Rusiyanın Ukraynaya kütləvi hava hücumu həyata keçirdiyi gecədən sonra qeydə alınıb.

Nazir bildirib ki, Polşa ərazisində heç kim xəsarət almayıb, kritik infrastruktur obyektlərinə ziyan dəyməyib.