• 15 °C
|

Kușner: Tramp Avropaya Ukraynaya deyil, öz iqtisadiyyatına pul xərcləməyi tövsiyə edib

23 Noyabr 2026
img

“ABŞ prezidenti Donald Tramp “İstəklilər koalisiyası”nın liderləri ilə müzakirələr zamanı Ukraynaya dəstək üçün milyardlarla dollar xərcləməkdənsə, həmin vəsaitin öz iqtisadiyyatlarına yatırılmasının daha məqsədəuyğun olduğunu bildirib”.

APA xəbər verir ki, bunu ABŞ liderinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner öz “X” hesabında bildirib.

“Prezident Trampın “İstəklilər koalisiyası” liderləri ilə müzakirələr zamanı vurğuladığı kimi, hazırda bu müharibəyə xərclənən yüz milyardlarla dollar əvəzinə iqtisadiyyatımıza investisiya qoyula, yeni iş yerləri yaradıla, iqtisadi artım stimullaşdırıla, enerji qiymətləri azaldıla və infrastruktur gücləndirilə bilərdi”, – Kuşner yazıb.