• 15 °C
|

XİN rəhbəri: İtaliya Bakının memarlıq baxımından daha da gözəlləşdirilməsinə töhfə verə bilər

23 Noyabr 2026
img

Enerji sektoru əməkdaşlığımızda ən əsas sektorlardan biridir. Bundan başqa kənd təsərrüfatı, sənaye, tikinti, dəmiryolları və dizayn-memarlıq sahəsində də imkanlar var.

APA xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

“Bakı memarlıq cəhətdən çox gözəl şəhərdir. Dizayn sahəsində, memarlıq sahəsində gənc dizaynerlərin təkmilləşdirilməsi və onlara kursların keçirilməsi, İtaliya təcrübəsini onlarla bölüşmək gələcək layihələr arasındadır. Bakıda həm qədim, həm müasir şəhərdir, bu məni təsirləndirib. Bakının memarlıq baxımından gözəlləşdirilməsi ilə bağlı biz öz töhfəmizi verə bilərik”, – nazir qeyd edib.