23 Noy 2026

Goranboy rayonunun Yuxarı Ağcakənd kəndində torpaq sürüşməsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, sürüşmə nəticəsində kənd ərazisindən keçən diametri 219 mm olan magistral su borusu zədələnib. Nəticədə 1 100 abonentin içməli su təchizatı müvəqqəti dayandırılıb.
Hadisə ilə əlaqədar əraziyə Goranboy Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları cəlb olunub.
Qurumun əməkdaşları tərəfindən qəza operativ şəkildə aradan qaldırılıb və abonentlərin içməli su təchizatı bərpa edilib.