• 10 °C
|

Litva Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanacağına inanır

25 Noyabr 2026
img

Litva Vaşinqton prosesini dəstəkləyir.

APA xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

“Vaşinqton prosesini dəstəkləyirik və son baş verən hadisələri diqqətlə izləyirik. Ümid edirik ki, yekun sülh sazişi imzalanacaq. Biz regionda sabitliyin təmin olunmasında maraqlıyıq”, – nazir qeyd edib.

O əlavə edib ki, Litva sülh prosesinə öz töhfəsini verməyə hazırdır: “Öz təcrübəmizi Azərbaycanla bölüşməkdə maraqlıyıq. Həmçinin, minaların təmizlənməsi prosesinə də töhfə veririk”.