• 11 °C
|

Tramp 2028-ci il seçkilərində varisini mümkün qədər gec açıqlamaq niyyətindədir

28 Noyabr 2026
img

ABŞ prezidenti Donald Tramp 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasından namizədlər arasında kimi dəstəkləyəcəyini mümkün qədər uzun müddət açıqlamamağı planlaşdırır.

Bu barədə “New York Post” qəzeti adı açıqlanmayan mənbəyə istinadən məlumata yayıb.

Məlumata görə, Tramp öz komanda üzvləri arasında rəqabəti qızışdırmağı sevir və son ana qədər namizədlərdən hər hansı birinə rəsmi dəstək verməkdən çəkinə bilər. Bununla o, Respublikaçılar Partiyası üzərində nəzarətini qorumaq və siyasi təsirinin vaxtından əvvəl zəifləməsinin qarşısını almaq istəyir.

Tramp qəzetə müsahibəsində Respublikaçılar Partiyasında prezidentliyə namizəd ola biləcək bir neçə şəxsin olduğunu bildirib.

Nəşr xatırladır ki, Tramp mümkün varisləri sırasında vitse-prezident Ceyms Devid Vens və dövlət katibi Marko Rubionun adlarını çəkib. Müdafiə naziri Pit Heqsetin də namizədliyini irəli sürə biləcəyi barədə suala isə onun işini yaxşı gördüyünü söyləyib.

Bundan əvvəl ABŞ mediası Heqsetin 2028-ci il prezident seçkilərində iştirak etməyi nəzərdən keçirdiyini yazmış, lakin o, bu məlumatı təkzib etmişdi.