• 11 °C
|

Samuxda iki avtomobil toqquşub, xəsarət alanlar var – FOTO

29 Noyabr 2026
img

Samuxda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Kür yolunda qeydə alınıb.

Hərəktədə olan "Fiat Doblo" ilə "VAZ 21099" markalı avtomobillər toqquşub.

Qəza zamanı bir neçə nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.