29 Noy 2026

Hacıqabulda gəlin və qaynana dəm qazından zəhərləniblər.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Nəvahi kəndində qeydə alınıb.
Belə ki, fərdi yaşayış evində yaşayan gəlin və qaynana Nəvahi kənd sakinləri, 1965-ci il təvəllüdlü Güldənə Məmmədova və 1994-cü il təvəllüdlü Məmmədova Məleykə dəm qazından zəhərlənmə diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirliblər.
Xəstəxanaya yerləşdirilən hər iki şəxsin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.