• 7 °C
|

İspaniya Kubokunda dörddəbir final mərhələsinin püşkatma mərasimi keçirilib

20 Yanvar 2025
img

İspaniya kubokunun 1/4 final mərhələsinin püşkü atılıb.

Oxu.Az xəbər verir ki, 1/8 final səddini adlayan komandalar 4 cüt təşkil edib.

"Real Madrid" bu raundda "Leqanes"lə görüşəcək. "Barselona" isə yarımfinala vəsiqə üçün "Valensiya" ilə mübarizə aparacaq. Digər cütlərdə "Real Sosyedad"la "Osasuna", "Atletiko" ilə "Xetafe" üz-üzə gələcəklər.

Qeyd edək ki, mərhələnin matçları fevralın 4-6-da keçiriləcək.

İspaniya kuboku

1/4 final

"Real Sosyedad" – "Osasuna"

"Leqanes" – "Real"

"Atletiko" – "Xetafe"

"Valensiya" – "Barselona"