Efiopiyada kilsələrin birində tikinti platformasının uçması nəticəsində 22 nəfər ölüb, 55 nəfər xəsarət alıb.
APA “Al Arabiyya” kanalına istinadən xəbər verir ki, hadisə paytaxt Addis Ababanın 70 kilometr şərq hissəsində baş verib.
Məlumata görə, xristianlar hər il keçirilən Müqəddəs Məryəm festivalında iştirak etmək üçün kilsəyə gəliblər.
Zəvvarların bəziləri dağıntılar altında qalıb, ağır yaralılar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Afrikada ən çox əhaliyə malik olan ölkə olan Efiopiyada 80-ə qədər etnik qrup yaşayır və xristianlığın ən qədim məskənlərindən biri hesab olunur.