• 7 °C
|

Əlcəzair XİN: Son 10 ildə Afrikada terror hücumları 400% artıb

22 Yanvar 2025
img

Afrikada son 10 ildə terror hücumlarında 400% artım var.

APA Əlcəzair radiosuna istinadən verdiyi məlumata görə, bunu Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Əlcəzair Xarici İşlər Nazirliyinin rəhbəri Əhməd Attaf deyib.

“Rəqəmlər göstərir ki, son on ildə Afrikada terror hücumlarında 400% artım, qitədə terrorla bağlı ölümlərdə isə 237% artım müşahidə olunub”, – nazir qeyd edib.