• 26 °C
|

Konqoda Eboladan ölənlərin sayı 447-yə çatıb

3 İyul 2026
img

Konqo Demokratik Respublikasında (KDR) Eboladan ölənlərin sayı 447-yə çatıb, 1460 təsdiqlənmiş yoluxma halı qeydə alınıb.

APA xəbər verir ki, bu barədə ölkənin Rabitə və KİV Nazirliyi məlumat yayıb.

Nazirliyin sosial media səhifəsində dərc olunan məlumatlarına görə, 1 iyul tarixinə 1460 təsdiqlənmiş yoluxma halı (son 24 saatda 54 yoluxma halı artımı) və 447 ölüm halı (son 24 saatda doqquz artım) qeydə alınıb.

Nazirlik həmçinin 213 nəfərin sağaldığını açıqlayıb.