
Liviyanın qərbindəki Zaviyə şəhəri sahillərində Aralıq dənizində rəqib qruplar arasında silahlı toqquşma yaşanıb.
APA xəbər verir ki, bu barədə “Asharq al-Awsat” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, Məhəmməd Bəhrunun komandanlığı altında olan Təhlükəsizlik Təhdidi Xidmətinin bölmələri ilə əlaqəli qayıqlar və Liviya Prezident Şurasının Baş Qərargahı tabeliyindəki sahil mühafizəsi bölmələri arasında atışma baş verir.
Toqquşmaların səbəbi və ya mümkün itkilər barədə hələlik rəsmi məlumat yoxdur.
Liviya Sahil Mühafizəsi bildirib ki, patrul xidməti qanunsuz miqrasiya və insan alverinə qarşı mübarizə çərçivəsində dənizdə qanunsuz miqrantları saxlamaq üçün əməliyyat keçirir.
Zaviyə şəhəri Liviyanın qərbindəki əsas mərkəzlərdən biri hesab olunur. Şəhər ölkənin ən böyük neft emalı zavoduna ev sahibliyi edir və qanunsuz miqrasiya və yanacaq qaçaqmalçılığı üçün əsas yol kimi istifadə olunur.