• 29 °C
|

Malidə qızıl şaxtasında uçqun olub, 48 nəfər ölüb

16 Fevral 2025
img

Malidə qeyri-leqal fəaliyyət göstərən qızıl şaxtasında uçqun olub.

APA-nın France-Presse-yə istinadən verdiyi xəbərə görə, şənbə günü baş verən uçqun nəticəsində ən azı 48 nəfər ölüb.

Hadisə əvvəllər Çin şirkətinin istismar etdiyi şaxtanın üst qismində baş verib.

Ölənlərin əksəriyyəti qadındır.