• 17 °C
|

Misirdə avtomobil qəzasında Qətərin protokol qrupunun üç diplomatı həlak olub

12 Oktyabr 2025
img

Misirdə avtomobil qəzasında həlak olan üç qətərli diplomat protokol qrupunun tərkibində olub.

APA xəbər verir ki, bu barədə “Associated Press” rəsmilərə istinadən məlumat verib.

"Qətərin protokol komandasının tərkibində olan diplomatlar yüksək səviyyəli sammitdən əvvəl Şarm əl-Şeyx şəhərinə gedirdilər", – məlumatda deyilir.

Qeyd olunur ki, avtomobil şəhərdən təxminən 50 kilometr aralıda aşıb.