• 17 °C
|

Misirdə bina çöküb, 10 nəfər ölüb

17 Fevral 2025
img

Misirin paytaxtı Qahirədə binanın çökməsi nəticəsində azı 10 nəfər həyatını itirib, 8 nəfər isə xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “Arab News” məlumat yayıb.

Məlumata görə, binanın çökməsinə qaz balonunun partlaması səbəb olub.

Hadisə ilə bağlı araşdırma aparılır.