• 26 °C
|

Nigeriyada mina partlaması nəticəsində 9 nəfər həlak olub

2 İyun 2025
img

Nigeriyanın şimal-şərqindəki Borno əyalətində terror təşkilatı “Boko Haram”ın yerləşdirdiyi minanın partlaması nəticəsində 9 nəfər həlak olub.

APA xəbər verir ki, Borno Əyalət Məclisinin sədri Əbdülkərim Lovan avtobus dayanacağına basdırılan minanın partladığını bildirib.

Lovan qeyd edib ki, partlayış nəticəsində 9 nəfər həlak olub, çoxlu sayda insan da yaralanıb.