• 17 °C
|

Tunis sahillərində miqrant qayığının batması nəticəsində azı 40 nəfər ölüb

23 Oktyabr 2025
img

Tunis sahilləri yaxınlığında qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində azı 40 nəfər həyatını itirib.

APA yerli mediaya istinadla xəbər verir ki, qayıqda ümumilikdə 70 miqrant olub və onlar qeyri-qanuni yolla Avropaya keçməyə cəhd ediblər. Hadisə nəticəsində 30 nəfər xilas edilib.

Qeyd edək ki, son illərdə Şimali Afrika sahilləri Avropa İttifaqının cənub sahillərinə qeyri-qanuni miqrasiya cəhdlərinin əsas marşrutlarından birinə çevrilib. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu kimi miqrant axınları zamanı qayıqların batması nəticəsində minlərlə insan həyatını itirib.