• 9 °C
|

ABŞ 100-ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

4 İyul 2025
img

ABŞ Vaşinqtonla xoş niyyətlə danışıqlar aparan ölkələrə 10% rüsum tətbiq edəcək.

APA xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent məlumat verib.

"Prezident Donald Tramp vicdanla danışıqlar aparanları mükafatlandırmaq istəyir. Düşünürəm ki, 100-ə yaxın ölkə olacaq ki, onlar cavab olaraq minimum rüsum olan 10%-i alacaqlar və daha sonra nə olacağına baxacağıq.", – o deyib.

Bessentin sözlərinə görə, iyulun 9-u olan son tarixədək ABŞ və digər ölkələr arasında sazişlər bağlandığını görmək olar.