22 Okt 2025
ABŞ Avropadakı qoşunlarının sayını azaltmaq niyyətində deyil, lakin onları orada yenidən yerləşdirə bilər.
APA xəbər verir ki, bunu prezident Donald Tramp finlandiyalı həmkarı Aleksandr Stubb ilə görüşdən əvvəl jurnalistlərə deyib.
“Xeyr, amma biz onları müəyyən qədər yenidən yerləşdirə bilərik. Bildiyiniz kimi, bizim Avropada çoxlu qoşunlarımız var və biz onlarda bir az yerdəyişmə edə bilərik”, – Tramp deyib.