• 31 °C
|

ABŞ Braziliyadan gələn mallara idxal rüsumunu artırıb

31 İyul 2025
img

ABŞ prezidenti Donald Tramp Braziliyadan idxal olunan mal və xidmətlərin gömrük rüsumlarının dərəcəsini 50%-ə qədər artıran sərəncam imzalayıb.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda qərarın Braziliya hökumətinin hərəkətlərinin ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün təhdid yaratdığı üçün qəbul edildiyi bildirilir.