ABŞ-da Rusiyaya qarşı sanksiya rejimini pozduğu və iş adamı Oleg Deripaskaya məxsus şirkətdən vəsait aldığı iddiasıyla bir şirkət 7 milyon dollar cərimə olunub.
APA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb.
Məlumata görə, Nyu-Yorkda yerləşən “Gracetown” adlı şirkət ABŞ hökumətinin müvafiq xəbərdarlığına baxmayaraq, 2018-ci ilin aprelindən 2020-ci ilin mayınadək Deripaskaya məxsus olduğu iddia edilən şirkətdən 31 min dollardan çox vəsait alıb.
Bu səbəblə də ABŞ Maliyyə Nazirliyi şirkətə 7 139 305 dollar məbləğində cərimə tətbiq edib.