20 Sen 2026

ABŞ-da dizel yanacağının orta qiyməti növbəti tarixi maksimuma yüksəlib.
Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, ölkədə bir qallon (3,79 litr) dizel yanacağının orta qiyməti 6,49 dollara çatıb.
Bir il əvvəl dizelin bir qallonu orta hesabla 3,70 dollara satılırdı. Bir həftə əvvəl isə qiymət 6,17 dollar səviyyəsində idi.
AAA-nın regional məlumatları da sentyabr ayında ABŞ-nin müxtəlif ştatlarında dizel qiymətlərinin rekord səviyyələrə yüksəldiyini göstərir.
Beləliklə, bir qallon dizelin qiyməti son bir ildə təxminən 75 faiz artıb.