• 16 °C
|

ABŞ-da gecə klubunda atışma 4 nəfərin həyatına son qoyub

12 Oktyabr 2025
img

ABŞ-ın Cənubi Karolina ştatının Müqəddəs Yelena adasındakı bir gecə klubunda səhər saatlarında atışma baş verib.

APA xəbər verir ki, bu barədə Byufort dairə şerifinin ofisi məlumat verib.

Hadisə nəticəsində 4 nəfərin öldüyü, azı 20 nəfərin yaralandığı bildirilir.

Yaralılardan dördünün vəziyyəti ağırdır. Polisin atışma ilə bağlı araşdırma aparır.