
ABŞ-da baş verən zəncirvari qəza nəticəsində 4 nəfər ölüb, 29 nəfər yaralanıb
APA xəbər verir ki, qum fırtınası səbəbilə görüş sahəsinin azalması 30-dan çox avtomobilin iştirakı ilə zəncirvari qəza ilə nəticələnib.
Yerli vaxtla təxminən saat 10:00-da yük avtomobilləri, mikroavtobuslar, yolsuzluq avtomobilləri və minik avtomobilləri toqquşub.
Hadisə yerinə çoxlu sayda polis və tibb briqadaları cəlb olunub. Bəzi nəqliyyat vasitələri yoldan çıxdıqdan sonra zədələnib.
Hadisə nəticəsində dörd nəfər ölüb, 29 nəfər isə yaralanaraq yaxınlıqdakı xəstəxanaya çatdırılıb.