• 10 °C
|

ABŞ Dövlət Departamenti: İran İslam Respublikası rejimi böyük bəladadır

10 Yanvar 2026
img

Etirazların 13-cü günündə İran İslam Respublikası rejiminin ən böyük qorxusu tam şəkildə özünü göstərdi: iranlılar birləşib və dəyişiklik tələb edirlər.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin farsdilli “X” səhifəsində bildirilib.

“İslam Respublikası rejiminin cavabı isə interneti kəsmək, xalqa qarşı zorakılığa başlamaq və “xarici iğtişaşçıları” ittiham etmək oldu. Lakin həqiqət üzə çıxdı: İslam Respublikası rejimi böyük bəladadır”, – qeyd olunub.