ABŞ Dövlət Departamenti NATO-nun Dəstək və Təchizat Agentliyinə (NSPA) ümumilikdə 103,9 milyon dollar dəyərində AIM-9X “Sidewinder” raketlərinin və müvafiq avadanlıqların satışını təsdiqləyib.
APA xəbər verir ki, bu barədə avqustun Müdafiə Əməkdaşlıq Agentliyinin (DSCA) saytında məlumat verilib.
“Dövlət Departamenti AIM-9X “Sidewinder” raketlərinin və müvafiq avadanlığın NATO-nun Dəstək və Təchizat Agentliyinə 103,9 milyon dollara satışını təsdiqləmək barədə qərar qəbul edib”, – məlumatda deyilir.
Bundan əlavə, satış F-35 qırıcıları üçün hava-hava raketləri və istiqamətləndirmə sistemləri təmin etməklə NATO-nun cari və gələcək təhdidlərə qarşı mübarizə qabiliyyətini təkmilləşdirəcək ki, bu da alyansın müdafiə imkanlarını gücləndirəcək.