• 8 °C
|

ABŞ hökuməti diplomatlarına Səudiyyə Ərəbistanını dərhal tərk etməyi əmr edib

9 Mart 2026
img

Səudiyyə Ərəbistanında xidmət edən amerikalı diplomatlara ölkəni tərk etməklə bağlı tapşırıq verilib.

APA xəbər verir ki, bu barədə mənbələrə istinadən “New York Times” qəzeti məlumat yayıb.

"Dövlət Departamentinin bu addımı ABŞ rəsmilərinin regionda artan riskləri dərk etdiyini göstərir. Bu, ABŞ və İsrail arasında İrana qarşı 28 fevral müharibəsindən bəri ilk dəfədir ki, nazirlik Səudiyyə Ərəbistanından işçilərin məcburi şəkildə çıxarılmasını təsdiqləyir və ya əmr edir", – qəzet yazır.

Məlumata görə, Dövlət Departamentinin əmri təkcə Ər-Riyaddakı ABŞ hökumət işçilərinə deyil, həm də ABŞ konsulluqlarının yerləşdiyi iki şəhər olan Ciddə və Dəhran şəhərlərinə də şamil ediləcək.