ABŞ-ın maliyyə naziri Skott Bessent Prezident Donald Trampı Federal Ehtiyat Sistemi (FED) sədrini vəzifəsindən azad etməməyə inandırmağa çalışır.
APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nazirin fikrincə, FED sədri Cerom Pauellin istefası ABŞ iqtisadiyyatı və maliyyə bazarlarının vəziyyətinə mənfi təsir göstərə bilər.
Qəzetin mənbələrinin bildirdiyinə görə, Bessent Trampa bildirib ki, o, Pauellin vəzifədən azad edilməsini zəruri hesab etmir, çünki ölkə iqtisadiyyatı yaxşı vəziyyətdədir və bazarlar Trampın həyata keçirdiyi siyasətə müsbət reaksiya verir.