19 Mar 2026

18 mart 2026-cı ildə ABŞ-ın milli borcu tarixdə ilk dəfə olaraq 39 trilyon dolları keçib.
APA xəbər verir ki, bu, ABŞ Maliyyə Nazirliyinin yaydığı hesabatda öz əksini tapıb.
Məlumata görə ABŞ-ın milli borcu 39 trilyon dolları keçərək təxminən 39,03 trilyon dollara çatıb.
Bu, rekord göstəricidir və adambaşına düşən borc 114.000 dolları keçib. Son trilyon beş aydan az müddətdə toplanıb və borcun ödənilməsi xərcləri artıq hərbi büdcəni üstələyir.