11 İyl 2025
ABŞ prezidenti Donald Tramp Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) direktoru vəzifəsini nəqliyyat naziri Şon Daffiyə tapşırıb.
APA xəbər verir ki, bununla bağlı ABŞ prezidenti Donald Tramp “Truth” hesabında məlumat verib.
"Mən böyük Nəqliyyat Katibimiz Şon Daffinin NASA-nın müvəqqəti administratoru vəzifəsinə təyin olunmasını elan etməkdən məmnunam", – Tramp yazıb.
Qeyd edək ki, Tramp iyunun əvvəlində milyarder və kosmos turisti Jared Ayzakmanın NASA-nın rəhbəri vəzifəsinə namizədliyini geri götürüb.