• 28 °C
|

ABŞ-ın strateji neft ehtiyatları 1982-ci ildən bəri ən aşağı səviyyəyə düşüb

14 Sentyabr 2026
img

ABŞ-ın xam neft ehtiyatlarının həcmi 1982-ci ilin noyabrından bəri ən aşağı səviyyəyə düşüb.

Bu barədə “Reuters” ABŞ Energetika Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.

Məlumata görə, strateji ehtiyatlardakı neftin həcmi 285 milyon barelə qədər azalıb.

Bu göstərici ABŞ-ın enerji təhlükəsizliyi baxımından əsas ehtiyat mənbələrindən biri hesab olunan neft ehtiyatlarının son onilliklərdəki ən aşağı səviyyəsini göstərir.