• 9 °C
|

ABŞ-ın Türkiyədəki səfiri prezidentin Suriya üzrə nümayəndəsi təyin edilib

29 May 2025
img

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Türkiyədəki səfiri Tomas Barakın həm də prezidentin Suriya üzrə nümayəndəsi vəzifəsini icra edəcəyini açıqlayıb.

APA xəbər verir ki, Tramp bu haqda öz “X” hesabında məlumat verib.

“ABŞ-ın Türkiyədəki səfiri Tomas Barakın Suriya üzrə nümayəndəmiz kimi fəaliyyət göstərəcəyini elan etməkdən məmnunam”, – o bildirib.