• 30 °C
|

ABŞ İrana qarşı ən böyük sanksiyalar paketini tətbiq edib

31 İyul 2025
img

Tramp administrasiyası İrana qarşı bu günə qədərki ən böyük sanksiyalar paketini tətbiq edib.

APA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama verib.

Yeni sanksiyalar İranın ali liderinin müşaviri Əli Şamxaninin oğlu Məhəmməd Hüseyn Şamxani ilə əlaqəsi olan 50-dən çox fiziki və hüquqi şəxsi hədəfə alıb.

"Bu gün tətbiq edilən 115-dən çox sanksiya, Tramp administrasiyasının İrana qarşı maksimum təzyiq kampaniyasına başladıqdan bəri ən böyük sanksiyalar paketidir. Bu tədbirlər, Tehran ABŞ-ın təhlükəsizliyini təhdid edərkən, mənfəət əldə edən rejim elitalarını hədəf alaraq ABŞ-ın maraqlarını birinci yerə qoyur", – deyə Maliyyə Naziri Scott Bessent bildirib.