05 Dek 2025

ABŞ Dövlət Departamenti Kanadaya 2,68 milyard dollarlıq sursat satışını və əlaqəli logistika dəstəyini təsdiqləyib.
APA xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr çərçivəsində xaricə hərbi texnika və silah satışından məsul olan Pentaqonun Xarici Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat verib.
Məlumata görə, Kanada hökuməti əvvəllər ABŞ-dan, digər şeylərlə yanaşı, BLU-117, BLU-109, BLU-111 və GBU-39 hava bombaları, müxtəlif əlaqəli avadanlıqlar və təlim sursatları tələb edib.