ABŞ Kənd Təsərrüfatı Nazirliyi (USDA) Çin, Rusiya, Şimali Koreya və İrandan olan onlarla xarici müqaviləli işçinin vəzifədən azad edildiyini bəyan edib.
APA xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, işdən çıxarılanların əksəriyyəti kənd təsərrüfatı üzrə tədqiqat xidmətində çalışan çinli postdoktorantlar olub.
USDA qeyd edib ki, bu addım milli təhlükəsizliyin qorunması məqsədi daşıyır və “düşmən ölkələrdən” olan xarici mütəxəssislərin tədqiqat proqramlarından çıxarılmasını nəzərdə tutan genişmiqyaslı təşəbbüsün bir hissəsidir.