• 11 °C
|

ABŞ Kiyevə yardım üçün AB-nin Rusiya aktivlərindən istifadə planını dəstəkləyir

8 Noyabr 2025
img

ABŞ Avropa Birliyinin Ukraynanı yardım etmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə təşəbbüsünü dəstəkləyir.

APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat verib.

"Vaşinqton AB-ni və bu aktivlərdən bir vasitə kimi istifadə etmək üçün hazırda atdığı addımları tam dəstəkləyir", – məlumatda deyilir.

Mənbələrdən biri ABŞ-ın Lukoil və Rosneftə qarşı sanksiyaların nəticələrini izlədiyini deyib. Bir başqa mənbə isə Vaşinqtonun Rusiyaya təzyiqi artırmaq üçün bir çox variantı olduğunu bildirib.