• 37 °C
|

ABŞ Maliyyə Nazirliyi Rusiya aktivlərindən yalnız faiz gəlirləri ilə kifayətlənmək istəmir

14 İyul 2025
img

ABŞ Maliyyə Nazirliyi Rusiyaya məxsus dondurulmuş aktivlərdən yalnız faiz gəlirlərinin deyil, daha geniş şəkildə istifadə olunmasının tərəfdarıdır.

APA xəbər verir ki, bu barədə ABŞ senatoru Lindsi Qrem “CBS News”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı liderləri Rusiya aktivlərindən əldə olunan gəlirlərin Ukraynaya ötürülməsi ilə kifayətlənmək istəyir, lakin ABŞ Maliyyə Naziri Skott Bessent daha irəli getməyi planlaşdırır.

“Skott Bessent daha aqressiv tədbirlər görmək niyyətindədir. Dondurulmuş aktivlərlə bağlı planlara dair yeni xəbərləri izləyin”, – deyə senator əlavə edib.