• 31 °C
|

ABŞ martın 1-dən Meksika və Kanadaya yeni tariflər tətbiq etməyə hazırlaşır

31 Yanvar 2025
img

Tramp martın 1-dən Meksika və Kanadaya yeni tariflər tətbiq etməyə hazırlaşır.

APA “Reuters”ə istinadla xəbər verir ki, ABŞ Prezidenti bu iki ölkədən idxala 25% rüsum tətbiq etməyi planlaşdırır.

Agentliyin xəbərinə görə, adının çəkilməsini istəməyən hökumət rəsmiləri bu dəyişikliyin maliyyə bazarlarını sarsıdacağından və ABŞ-ın ən yaxşı iki ticarət tərəfdaşı ilə münasibətlərini gərginləşdirəcəyindən narahatdırlar.