28 Avq 2025
Amerikalı mütəxəssislər Ukraynadakı döyüş əməliyyatlarını, xüsusilə pilotsuz uçuş aparatlarının (PUA) geniş tətbiqini diqqətlə öyrənirlər.
APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Cənubi Koreya Prezidenti Li Çje Myon ilə görüş zamanı bildirib.
“Belə bir müharibə İkinci Dünya Müharibəsindən bəri olmayıb. Döyüş əməliyyatları baxımından bu ən böyük hadisədir. Bu tamamilə yeni növ döyüşdür, PUA-ların tətbiqi ilə aparılan döyüş. Bu, PUA-ların müharibəsidir”, – deyə Tramp əlavə edib.