31 İyl 2025
ABŞ-la Pakistan arasında ABŞ şirkətlərinin bu ölkədə neft çıxarmasına icazə verən yeni saziş imzalanıb.
APA xəbər verir ki, bununla bağlı ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında məlumat verib.
"Biz indicə Pakistanla müqavilə imzaladıq. Müqavilə Pakistan və ABŞ-ın öz böyük neft yataqlarını birgə işləməsini nəzərdə tutur. Hazırda biz bu tərəfdaşlığa rəhbərlik edəcək neft şirkətini seçmək prosesindəyik. Kim bilir, bəlkə nə vaxtsa onlar Hindistana da neft satacaqlar!", – Tramp bildirib.