ABŞ Qəzza zolağında atəşkəs razılaşmasına dəstək vermək və razılaşmaya riayət olunmasına nəzarət etmək üçün İsrailə təxminən 200 hərbçi yerləşdirəcək.
APA xəbər verir ki, bu barədə cümə axşamı ABŞ administrasiyasındakı mənbələrə istinadən “Associated Press” (AP) məlumat yayıb.
AP-nin məlumatına görə, beynəlxalq missiyaya ABŞ-ın tərəfdaş dövlətlərinin hərbi qulluqçuları, həmçinin qeyri-hökumət təşkilatlarının və özəl şirkətlərin nümayəndələri daxil olacaq.
Agentliyin mənbələri onu da qeyd edib ki, ABŞ rəhbərliyi İsraildə Qəzza zolağına humanitar yardımın çatdırılmasını tənzimləyəcək və logistika və təhlükəsizlik yardımı göstərəcək hərbi-mülki koordinasiya mərkəzi yaradacaq.