
Pentaqon rəhbəri Pit Heqsetin əmri ilə ABŞ ordusu Sakit Okeanda ABŞ-ın narkotik daşımaq üçün istifadə edildiyini iddia etdiyi daha bir gəmini məhv edib.
APA xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat verib.
"Müdafiə katibi Pit Heqsetin əmri ilə "Cənub Nizə" Birgə Əməliyyat Qüvvəsi terror təşkilatı tərəfindən istifadə edilən gəmiyə ölümcül kinetik zərbə endirib. Kəşfiyyat gəminin narkotik qaçaqmalçılığında iştirak etdiyini təsdiqləyib", – komandanlığın məlumatında deyilir.
Qeyd edək ki, Heqset bundan öncə narkotik kartelləri ilə mübarizə aparmaq üçün "Cənub Nizə" əməliyyatının başladığını elan etmişdi.