23 Okt 2025
ABŞ Senatı hökumətin fəaliyyətinin qismən dayandırılmasına (şatdaun) son qoymaq məqsədilə hazırlanmış qanun layihəsini artıq 12-ci dəfə qəbul edə bilməyib.
APA xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.
Məlumata görə, hökumətin maliyyələşdirilməsini davam etdirməyə yönələn sənədin qəbul edilməsi üçün tələb olunan 60 səs toplanmayıb.
Hazırda ABŞ federal hökumətinin fəaliyyəti 22 gündür qismən dayandırılıb. Bu, son illərin ən uzunmüddətli şatdaunlarından biri sayılır.