21 Okt 2025
ABŞ Konqresinin Senatı respublikaçıların federal hökumətin qismən dayandırılmış fəaliyyətinin maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsini səkkizinci dəfə qəbul etməyib.
APA xəbər verir ki, bu barədə “C-SPAN” telekanalı canlı yayımlayıb.
Oktyabrın 14-də keçirilən prosedur səsverməsində Nümayəndələr Palatası tərəfindən daha əvvəl təsdiqlənmiş sənədi Senatın 49 üzvü dəstəkləyib, 45 senator isə əleyhinə səs verib.
Qanun layihəsinin qəbul olunması üçün 60 səs tələb olunur.