ABŞ Konqresinin Senatındakı Xarici İşlər Komitəsi Rusiyaya qarşı yönəlmiş üç qanun layihəsini təsdiqləyib.
APA xəbər verir ki, bu barədə jurnalistlərə senator, Nyu-Hempşir ştatından demokrat Cin Şahin məlumat verib.
Məlumata görə, birinci qanun layihəsi ABŞ-da dondurulmuş Rusiya dövlət aktivlərindən istifadə edilərək Ukraynaya maliyyə yardımı göstərilməsini nəzərdə tutur.
İkinci sənəd Rusiyanın terrorizmin sponsorları siyahısına daxil edilməsini təklif edir. Hazırda ABŞ Dövlət Departamentinin siyahısında İran, Şimali Koreya, Kuba və Suriya yer alır.
Üçüncü qanun layihəsi isə Çinin guya Rusiyanın Ukraynadakı “xüsusi hərbi əməliyyatını” dəstəkləməsi ilə bağlı sanksiyaların tətbiqini nəzərdə tutur.